AŞPA məruzəçisi: “Seçicilərə səs vermək üçün bütün lazımi şərait yaradılıb”

  • By Mayil
  • 26 Sentyabr 2016 10:10
stefan_shennakn_2016042203
Azərbaycanda  referendumda seçicilərə səs vermək üçün bütün lazımi şərait yaradılıb.
Gununsesi.info xəbər verir ki, bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.
Onun sözlərinə görə, səhər səsvermə başlayandan artıq Bakı şəhərində bir sıra məntəqlərədə olaraq, seçkinin gedişi və hazırlıq proesesləri ilə tanış  olmuşuq. “Sadəcə onu deyə bilərəm ki, seçicilər üçün səsvermə prosesi yaxşı təşkil edilib.Səsvermə başladığı andan səs verməyə gələnlərin qələbəliyinin şahidi olmuşuq. Növbədə çoxlu adamlar olub”.
Beynəlxalq müşahidəçi seçki məntəqələrində seçici siyahıları ilə tanış oluduğunu, orada müşahidəçilərə və mediaya yaradılan şəraitlə də maraqlandığını dilə gətirdi. O bildirdi ki, olduğum məntəqələrdə seçici siyahıları asılıb, müşahidəçi  və media nümayəndələri üçün səsverməni izləmək üçün  lazımi şərait yaradılıb.
Səsvermə prosesində daha çox qadınların aktiviliyni dilə gətirən  AŞPA müşahidəçisi deyib ki, biz məntəqələrdə daha çox qadınların səsverməsinin şahidi olduq.
AŞPA müşahidəçisi səsverməni təkcə Bakıda deyil Bakı ətrafında və yaxın rayonlarda da izləyəcəklərini bildirdi.
Mürtəza
Gununsesi.info