AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Desteks cümə günü Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Xüsusən, o, araşdırmaçı jurnalist Xədicə İsmayıl və RATI-nin sədri, bloger Mehman Hüseynovla görüşüb.
M.Hüseynovun Turan-a verdiyi məlumata görə, Desteks media və İnternet azadlığı sahəsində vəziyyətlə, online fəlların və jurnalistlərin, o cümlədən blogerin özünün təqibi faktları ilə maraqlanıb.
AŞPA nümayəndəsinə ölkədə siyasi məhbuslarla bağlı vəziyyət haqqında da məlumat verilib.
Desteks 2016-cı il martın 7-də Azərbaycanda hüquqların müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün məruzəçi təyin edilib. Həmin vaxtdan etibarən o, cəmi bir dəfə, 2016-cı il iyunun 1-də Formula 1 yarışlarının açılışı zamanı Bakıya gəlib və yalnız rəsmi şəxslərlə görüşüb.
Gununsesi.info