AŞPA-nın bir neçə komitə iclası Azərbaycanda keçiriləcək

  • By admin
  • 13 Oktyabr 2016 12:53

aspaaaaa

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüşüb.

HTML tutorial

Gununsesi.info-nun APA-nın Avropa müxbirinə istinadən məlumatına görə, Səməd Seyidov görüşdən sonra bildirib ki, gələcəkdə AŞPA-nın bir neçə komitəsinin iclasının Azərbaycanda keçirilməsi barədə görüşdə razılıq əldə olunub.

“Bu gün AŞPA sədri cənab Pedro Aqramuntla çox səmərəli görüş keçirdik. Görüşdə sessiya ərzində baş vermiş bütün proseslər, çıxışlar, görüşləri müzakirə olundu. Bildiyiniz kimi, bu sessiyada Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan üzrə hakim seçildi, həm AŞPA rəhbərliyi, həm komitələr tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir neçə bəyanat verildi. Qərara gəldik ki, AŞPA-ilə sız əməkdaşlıq edərək gələcəkdə Azərbaycanda AŞPA bir neçə komitəsinin iclaslarını təşkil edək. Bu istiqamətdə əməkdaşlıq, doğurdan da, yeni mərhələyə qalxır və bununla əlaqədar Azərbaycan nümayəndə heyəti lazım olan bütün işləri görür. Ümumiyyətlə bu sessiyanı çox uğurlu hesab edirəm” – deyə, S. Seyidov bildirib.

Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov da iştirak edib.

Gununsesi.info