AŞPA-nın büro iclasında Lətif Hüseynovun hakimliyə namizədliyi təsdiqləndi

  • By admin
  • 11 Oktyabr 2016 20:59

letif

Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) azərbaycanlı namizədin məsələsinə baxılıb.

HTML tutorial

Gununsesi.info-nun APA-nın Avropa bürosuna istinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Lətif Hüseynov namizədliyi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voysex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Gununsesi.info