AŞPA-nın həmməruzəçiləri İlqar Məmmədovla görüşüb

  • By admin
  • 17 İyun 2016 15:11

ilqar_memedov

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov ilə görüşdüyü bildirilir. Gununsesi.info xəbər verir ki, bu barədə REAL hərəkatı məlumat yayıb. Məlumat görə İlqar Məmmədov görüşdə bildirib ki, həmməruzəçilərin siyasi məhbus mövzusuna yanaşması onu heç qane etməsə də, bu sahədəki çalışmalarında onlara uğur arzulayır.

Xatırladaq ki, S.Schennach və C.F.Preda iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Onları səfərlərinin ilk günü prezident İlham Əliyev qəbul edib. Günün ikinci yarısında isə hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşüblər.

Qey edəkki, 2013-cü ildə İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib. 2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb. (azadlıq.info)