AŞPA-nın yay sessiyası təxirə salındı

  • By admin
  • 25 İyun 2020 14:09

“21 iyun tarixindən etibarən ölkəmizdə növbəti sərt karantin rejimi tətbiq edildi. Lakin bununla bağlı insanları bu vəziyyətə adaptasiya etmək o qədər də asan olmur”.

Bunu Gununsesi.org-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

E.Rüstəmov bunun səbəbini psixoloji olaraq düzgün təbliğat aparılmamaqda görür:

“Təbliğat və təşviqat işləri düzgün aparılmalıdır. Biz pandemiyaya tibbi olaraq hazır idik, lakin psixoloji olaraq deyil. Yaxşı olardı ki, tibbi hazırlıqla paralel psixolojoi hazırlıq işi aparılardı. Tibbi avadanlıqlar aldıq, modul tipli xəstəxanalar yaratdıq. Düşünürəm ki, biz səbəbələrlə işləməliyik. Qaynar xəttlər işləməlidir,  vətəndaşlar narahat olanda hardan dəstək alacaqlarını bilməlidir. Qaynar xətlərə edilən müraciət sayı, zənglərin edilmə səbəbləri  ilə bağlı hansısa hesabat görmüsünüz media və mətbuatda? Bu barədə kəskin çıxışlar edilməldir ki, Azərbaycanın hansı bölgəsində adaptasiya prosesində çətinlik çəkirik və səbəb nədir. Maariflənmə işlərinin aparılması mütəqdir. Qaynar xətt işləməli və hesabatlar təqdim edilməlidir. İlk başda tibbi hazırlıqla paralel, psixoloji tərəflər də qabardılsaydı, daha effektiv olardı”.

Gununsesi.org