AŞPA-nın yay sessiyasının gündəliyi açıqlandı

  • By admin
  • 10 İyun 2016 10:30

ASHPA

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb. Gununsesi.info-nun məlumatına görə, iyunun 20-dən 24-dək Strasburqda keçiriləcək sessiya çərçivəsində Estoniyanın Baş naziri Taavi Röivas və Yunanıstanın Baş naziri Aleksis Tsipras parlamentarilər qarşısında çıxış edəcəklər. Sessiya zamanı Yunanıstanda qaçqın problemi, Türkiyədə demokratiya institutlarının fəaliyyəti, Avropa institutlarında şəffaflıq və açıqlıq, gender zorakılığına qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq. Estoniyanın xarici işlər naziri Marina Kalyuran Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabatla çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Gülnaz