
Avropa Şurası Parlament Assambleyası Yunanıstanın və Avropa Xalq Partiyasının nümayəndəsi Teodor Russopulosu yeni prezident seçib.
Gununsesi.info xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.
Ənənəvi olaraq, AŞPA qaydalarına görə, prezident siyasi qruplar arasında rotasiya prinsipi əsasında iki il müddətinə seçilir. Son iki ildə, o cümlədən 2024-cü ilin yazında Rusiyanın təşkilatdan çıxarılması zamanı AŞPA-ya Niderlandın nümayəndəsi, solçu siyasətçi Tini Koks rəhbərlik edirdi.
2024-cü ildən assambleyaya Teodor Russopulos rəhbərlik edir.
Gununsesi.info