Avropa Şurası Parlament Assambleyası (AŞPA) təcili debat prosedurundan istifadə etməklə ukraynalı uşaqların hüquqlarının pozulması məsələsinə baxmağa yekdilliklə razılaşıb.
Gununsesi.info xəbər verir ki, deputatlardan heç biri gündəliyə “Ukraynada uşaqların vəziyyəti” mövzusunda debatın salınması qərarının əleyhinə çıxış etməyib. Müzakirə cümə axşamı keçiriləcək və nəticədə assambleyanın qətnaməsi (qərar) qəbul ediləcək.
Bu qərara hazırlıq işlərini təqdim edən AŞPA-nın keçmiş prezidenti Tini Koksun elan etdiyi kimi, assambleya “bu müharibənin qarşısını ala bilmədiyinə görə məsuliyyət daşıyır” və bu məsələyə baxmalıdır. Debatda çıxış etmək üçün Yelena Zelenskaya da dəvət olunub.
Rusiyada uşaq oğurluğu məsələsi hesabatın mühüm tərkib hissəsi olacaq.
Gununsesi.info