AŞPA sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələrin təşkili təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.
Gununsesi.info erməni KİV-nə istinadən xəbər verir ki, P.Aqramunt bu haqda Ermənistan Milli Məclisinin vitse-spikeri və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan ilə görüşündə qeyd edib.
P.Aqramunt bu məsələdə AŞPA-nın daha konstruktiv şəkildə iş aparacağını da vurğulayıb.
Eyni zamanda o, bildirib ki, Ermənistana səfər etmək arzusundadır.
Gülnaz Qənbərli
Gununsesi.info