“Astan Şahverdiyev nə danışdığını bilmir, cəzasını alacaq…” - Sabiq icra başçısı deputatı "yıxıb-sürüdü"...

  • By admin
  • 25 Dekabr 2016 18:42
mahmud
“O vaxt mən imkan vermədim ki, qarşıdurma yaransın, sakinlər həbs edilsin”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Unikal.org-a qalmaqallı fikirlərindən sonra vəzifəsindən azad edilən Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev deyib.
O, bildirib ki, insanların heysiyyatı ilə oynamaq olmaz:”Vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın”.
Keçmiş başçı deputat Astan Şahverdiyevin qalmaqallı açıqlmasına da münasibət bildirib:
“Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq”.
Gununsesi.info