Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

  • Müəllif: Firuzə
  • 21 Noyabr 2025 13:11

Qazaxıstan Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə malların tədarükü üçün yeni marşrut aça bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumanqarin deyib.

O bildirib ki, hazırda mallar Azərbaycan vasitəsilə Gürcüstana, daha dəqiq desək, onun Qara dəniz limanlarına daşınır:

“Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, Türkiyənin dəniz limanlarına çıxışı təmin edəcək”.

Gununsesi.info