Astanada polis gücləndirilmiş iş rejiminə keçib, şəhərin perimetri boyu yeddi nəzarət-buraxılış məntəqəsi qurulub. Bu tədbirlər qarşıdan gələn siyasi hadisələr və xarici dövlət başçılarının səfərləri ilə bağlıdır.
Gununsesi.info bildirir ki, bu barədə Astana Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Xarici dövlət başçılarının iştirakı ilə paytaxtda qarşıdan gələn iri ictimai-siyasi tədbirlərlə əlaqədar hüquq-mühafizə və təhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi məqsədilə polis idarəsinin şəxsi heyəti gücləndirilmiş növbətçi növbəyə keçirilib. Oktyabrın 31-i saat 08:00-dan “Şəhərin perimetri ətrafında Qaraqanda, Koşı, Kokşetau, Pavlodar şəhərləri, eləcə də Korqajin kəndləri istiqamətində 7 nəzarət-buraxılış məntəqəsi qurulub”, – məlumatda deyilir.
Daha əvvəl bildirilib ki, noyabrın 1-də Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri baş tutacaq.
Noyabrın 2-də Macarıstanın baş naziri Viktor Orban Astanaya səfər edəcək.
Noyabrın 3-də Qazaxıstanın paytaxtında Türk Dövlətləri Təşkilatının 10-cu sammiti keçiriləcək.
Gununsesi.info