Astanada Suriya danışıqları təxirə salınıb

  • By admin
  • 15 Fevral 2017 14:26

astana

Qazaxıstanda Suriya dair danışıqların planlaşdırılmış ikinci raundunun keçirilməsi fevralın 16-na kimi təxirə salınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yaysa da, görüşün tarixin dəyişdirilməsi səbəbi ilə bağlı informasiya verilməyib.

Suriya-Türkiyə-Rusiya və İranın iştirakı ilə Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı.

Qeyd edək ki, görüşdə Suriyadakı mövcud vəziyyət, ölkədə sabitliyin əldə edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi, qarant ölkələrin qurduğu ortaq işçi qrupunun müddəalarının qəbul edilməsi və Cenevrə danışıqları müzakirə ediləcək.

Anar
Gununsesi.info