Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci günü başlayıb.
Gununsesi.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə davam etdirilir.
Görüş öncəsi BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Mistura nikbin əhval-ruhiyyədə olduğunu bildirib.
Qeyd edək ki, Astanada Suriya münaqişəsinin nizamlanmasına dair ilk görüş dünən təşkil olunub.
Gununsesi.info