Astara-Moskva sərnişin qatarı fəaliyyətə başlaya bilər

  • By admin
  • 06 Fevral 2018 16:40

Astara-Moskva sərnişin qatarı fəaliyyətə başlaya bilər. Bu barədə Azərbaycan-Rusiya-İran arasında keçirilən üçtərəfli görüşün nəticəsində  razılıq əldə olunub.

Gununsesi.info xəbər verir ki, Azərbaycan-Rusiya-İran dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib və görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi istiqamətində görülən işlər, mövcud vəziyyət, Astara-Astara, Astara-Rəşt dəmir yolunun çəkilişi, eyni zamanda Astara-Moskva beynəlxalq sərnişin qatarının fəaliyyət göstərməsi barədə məsələləri müzakirə ediblər.

“İran dəmir yolları”nın beynəlxalq departamentinin baş direktoru Abbas Nəzəri görüşün yekunları haqqında məlumat verərək deyib ki, Astara-Moskva sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı Azərbaycan- İran və Azərbaycan-İran-Rusiya arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib: “Bu istiqamətdə danışıqlar davam edəcək. Çünki bu   ciddi məsələ olduğundan texniki məsələlər hər üç ölkənin ekspertlərinin iştirakı ilə müzakirə edilməlidir”.

O əlavə edib ki, Azərbaycanla İran dəmiryolçuları arasında çox sıx əlaqə mövcuddur: “O baxımdan da “Şimal-Cənub” dəhlizi hər iki ölkə arasında strateji bir layihə hesab olunur”.

Mürtəza

Gununsesi.info