Astara rayonunda vətəndaşlarla görüş keçirildi - FOTOLAR

  • By admin
  • 15 İyun 2022 10:40

“SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun tapşırığı ilə yerlərdə vətəndaşlarla görüşlər keçiririk. Məqsədimiz regionlarda qaz təsərrüfatına dair üzləşdiyiniz problemlərin həllinə yardımçı olmaqdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov “Açıq mikrofon” aksiyası zamanı Astara rayonunda keçirilən görüş zamanı bildirib.

Vənəşikəş kəndində keçirilən görüşdə bu kəndin sakinləri ilə yanaşı, Ovala, Sipiyəpart kənd sakinləri də “Səyyar qəbul otağı”nın imkanlarından yararlanıblar. Vətəndaşlar təbii qaza olan tələbatın vacibliyindən söz açaraq sözü gedən kəndlərin qazlaşdırılmasını xahiş ediblər. Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Regional İdarənin tabeliyində olan xidmət sahələrində hal-hazırda qazlaşdırma işi aparılan ərazilər barədə məlumat verərək, bu işlərin mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, görüş çərçivəsində ünvanlanan bütün müraciətlər Birlik rəhbərinə təqdim olunacaq.

Gununsesi.info