Astara RİH qazi ilə bağlı məsələyə aydınlıq gətirdi - VİDEO

  • By admin
  • 23 Noyabr 2021 13:49

Astara Rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Şəhriyar Mərufovla bağlı məsələyə aydınlıq gətirib.

Gununsesi.info-ya verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı, II qrup müharibə əlili Mərufov Şəhriyar Xanlar oğluna üzünün sağ nahiyəsi və sağ gözündən aldığı xəsarət və əlillik dərəcəsinə görə iki dəfə sığorta ödənişi olunub.

Rayon icra hakimiyyəti tərəfindən ailəsinə bir neçə dəfə maddi və ərzaq yardımı olunub və müharibə qazisi kimi rayon icra hakimiyyətində ev növbəsinə götürülüb. YAŞAT Fondunun dəstəyi ilə Şəhriyar Mərufovun sağ üz nahiyəsi və gözü müayinə olunub, israilli həkim heyəti tərəfindən ona protez göz qoyulub, sağ üz nahiyəsi mümkün qədər bərpa edilib.

Videoda göstərilən ev vətəndaşın atasına məxsus köhnə tikilidir. Çəkiliş aparılan həyətdə vətəndaşın ailəsinə məxsus yeni ev tikilib və dam altına salınıb. Şəhriyar Mərufova mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 30 iyun 2021-ci il tarixində YAŞAT Fondu tərəfindən 10 000 manat maddi yardım olunub.

Gununsesi.info