Astara RPŞ-ə yeni rəis müavini təyin olundu

Astara Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Gununsesi.info xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis kapitanı Orxan Novruzov bu vəzifəyə gətirilib. O.Novruzov buna qədər Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin rəisi vəzifəsində çalışıb.

HTML tutorial

Qeyd edək ki, Astara RPŞ-də müvafiq postu daha əvvəl  polis polkovnik-leytenantı Vilayət  Allahverdiyev tuturdu. O, ötən ay vəzifəsindən azad olunaraq Balakən RPŞ-nin tabeliyindəki Qabaqçöl Polis Bölməsinə rəis təyin olunub.

Gununsesi.info