
Astara şəhər sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Gülü Şiriyevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb.
Bundan başqa Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Könüllü kənd sakini Abil Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 81 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info