Astarada 54 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 06 İyun 2018 20:18


Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un  məlumatına görə, hadisə rayonun Kakalos kəndi ərazisində qeydə alınıb.

Yaralı yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İki bıçaq yarası alan 54 yaşlı İltifat Şahverdi oğlu İbadovun ailə üzvləri hadisənin nə səbəbdən baş verdiyindən xəbərsizdirlər. Lakin onun həmkəndlisi Rusif Rauf oğlu Əhədov tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info