Astarada ağır yol qəzası baş verdi

  • By admin
  • 25 Noyabr 2016 17:54

yollllllllllllllllllllllllllllllllll

Astara rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 17.10 radələrində Ələt-Astara magistralının rayonun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Naməlum minik avtomobili yolda hərəkətdə olan piyadanı vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istintaqdan yayınan sürücünün tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Gununsesi.info