Astarada ikimərtəbəli ev yanıb

  • By admin
  • 08 Yanvar 2018 19:46

Astara rayonunda fərdi ev yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Siyatürk kəndində baş verib.

Ümumi sahəsi 198 molan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Gununsesi.info