Astarada intihar baş verdi, Gəncə sakini isə qohumunu yaraladı

  • By admin
  • 01 İyul 2017 08:22

ambulani

Astarada intihar hadisəsi olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Astara şəhəri, Nizami küçəsində qeydə alınıb.

Şəhər sakini, 1958-ci il təvəllüdlü Məmmədov İsrafil Abdulla oğlu yaşadığı evdə özünə kəsici alətlə çoxsaylı xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Eyni zamanda, Gəncə sakini mübahisə zəminində yaxın qohumuna  xəsarət yetirib.

Məlumata görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Allahverdiyeva Aytən sol təpə nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının sözlərinə görə, evdə  mübahisə zamanı qardaşı oğlu ona kəsici əşya ilə xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info

Gununsesi.info