Astarada İran vətəndaşının halı pisləşdi, maşın aşdı

  • By admin
  • 05 İyul 2017 20:32

qeza
Astarada İran vətəndaşının idarə etdiyi yük maşını aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şahağacı kəndində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi “Volvo” markalı yük maşını sürücünün halının pisləşməsi səbəbindən aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info