Astarada küçəyə Nuru Paşanın adı verildi – FOTOLAR

Astara şəhərində mərkəzi küçələrdən birinə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a Astaranın deputatı Rəşad Mahmudov məlumat verib. Deputat bildirib ki, təşəbbüs bir neçə il öncə reallaşdırılıb:

“Bu çox yaxşı addımdır. Bir neçə il öncə belə bir təşəbbüs qaldırılmışdı və reallaşdırılıb. Hətta Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da küçənin açılışında iştirak etmişdi və bu addımı çox bəyənmişdi. Mən icra başçısına təklif edəcəm ki, küçənin başlanğıcında Nuru Paşanın barelyefi və ona uyğun məlumat lövhəsi yerləşdirilsin. Biz bu tariximizə sahib çıxmalıyıq”.
Rəşad Mahmudov bu küçənin Qafqaz İslam Ordusuna dəyəri əks etdirən tək nümunə olmadığını da diqqətə çatdırıb. O qeyd edib ki, Astaranın Pensər kəndində 1918-ci ildə şəhid olan türk əsgərinin qəbri də var:

“Astara rayonunda Osmanlı Türk İslam Ordusunun zabiti Yusif Camal bəyin və onun silahdaşının məzar daşları var və bir müddət öncə yenilənib. Bu addım da Türkiyənin Azərbaycandakı səfirliyinin köməyi ilə atılmışdı. Xalq arasında “Camal Paşa” kimi tanınan Yusif Camal bəy onunla eyni vaxtda şəhid olan astaralı silahdaşı Hacı Osmanla yanaşı dəfn olunub. Onların məzarı Astara rayonunun Pensər kəndindədir”.

Gununsesi.info