Astarada “Niva” dərəyə aşdı - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 05 Sentyabr 2017 09:28
59ae3b922de14_53929524
Astara rayonunda avtomobil aşıb sürücü xəsarət alıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Miki kəndi ərazisində baş verib.
Belə ki,rayonun Taxtanəkəran kənd sakini 1972-ci il təvəllüdlü Nazim Əzizağa oğlu İbrahimov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Nəticədə ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gunusesi.info