Astarada şadlıq sarayının sahibi cərimələndi

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonu ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.

HTML tutorial

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmçinin rayonun Şiyəkəran kəndi ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində də karantin rejim qaydalarının pozulduğu aşkarlanıb. Həmin toyun təşkilatçısı Ş.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Gununsesi.info