Astarada aptekə basqın olub? - DİN açıqladı/YENİLƏNDİ

  • By admin
  • 07 İyul 2023 13:45

Astara rayonunda aptekə edilən basqın xəbəri ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, basqın və hədə-qorxu ilə tələbetmə ilə bağlı müraciətin əsassız olduğu məlum olub:

“Həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələbetmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır”.

“Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq Fateh Oxu.Az-a açıqlamasında bildirib ki, Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov şəxsi mübahisə zəminində borcunu istəyib:

“Orada heç bir basqın olmayıb. T.Fərhadovun borcunu tələb etməsinin “Azərpoçt” MMC ilə heç bir əlaqəsi yoxdur”.

09:33

Astara rayonunda aptekə basqın edilib.

Gununsesi.info lent.az-a istinadən xəbər ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.

Sahibkar bu barədə dərhal polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.