“Astra” – “Zirə” matçının hakimləri açıqlanıb

  • By admin
  • 10 İyul 2017 16:04

hakim futbol

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Astra” – “Zirə” matçının hakim təyinatları açıqlanıb.

Gununsesi.info xəbər verir ki, UEFA Rumıniyadakı qarşılaşmaya belaruslu hakimlər briqadasını göndərəcək.

Oyunda ədalət təmsilçisi Sergey Sinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviçi” stadionunda keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Gununsesi.info