“Aşura günü” ilə əlaqədar qanvermə aksiyaları keçirilir

  • By ilhame
  • 16 İyul 2024 13:21

“Aşura günü” ilə əlaqədar könüllü olaraq qanvermə aksiyaları keçirilir.

 

Gununsesi.info xəbər verir ki, aksiyalar “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə təşkil edilib.

 

Səhər 09:00-dan başlayan qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.

 

Səhiyyə Nazirliyinin saat 12:00-a olan məlumatına əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.

Gununsesi.info