Aşura günü “İmamzadə” məscidində asayişi pozan 4 nəfər həbs edildi

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 11:02

gence_ashura

Gəncə şəhərindəki “İmamzadə” məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info