Aşura günü ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında ənənəvi qanvermə aksiyası keçirilir.
Gununsesi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulacaqlar.
Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.












