Azərbaycanın “Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, şirkətdən bildiriblər ki, İdarə heyəti sədrinin müavini Sadıq Mansurov vəzifəsini tərk edib.
Bu vəzifə hələ vakant qalır.
Qeyd edək ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.