
İsrail ordusu birtərəfli qaydada atəşkəs rejiminə son qoyub və Qəzzada HƏMAS-ın hədəflərinə irimiqyaslı hava zərbəsi endirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumlarda ən azı 322 nəfər həyatını itirib.
HƏMAS bildirib ki, Netanyahu və hökuməti girovları naməlum vəziyyətə salaraq atəşkəsi pozmağa qərar verib.
Ağ Ev İsrailin bu gün Qəzzaya hücumları ilə bağlı ABŞ-la məsləhətləşdiyini təsdiqləyib.
İsrail ordusunun sözçüsü Aviçay Adraee X hesabında verdiyi açıqlamada, “Siyasi səviyyənin göstərişlərinə uyğun olaraq, İsrail ordusu və Şin Bet Qəzza zolağının hər yerində HƏMAS-a bağlı hədəflərə genişmiqyaslı hücuma keçib” deyib.
“Netanyahunun müharibəni yenidən başlatmaq qərarı girovları qurban vermək və onlara ölüm cəzası vermək qərarıdır”, – HƏMAS rəsmisi İzzat əl-Rişq AFP-yə bildirib.
İsrail baş nazirinin hakimiyyət əleyhinə yüksələn səsləri boğmaq üçün münaqişələrdən siyasi “can dəstəsi” kimi istifadə etdiyi vurğulanıb.
İsrail Ordusu Daxili Cəbhə Komandanlığı Qəzza zolağı ətrafındakı məktəblərdə təhsilin dayandırıldığını və fermerlərin sərhədə yaxın ərazilərdə işləməsinə icazə verilməyəcəyini açıqlayıb.
Bəyanatda hücumların lazım olduğu müddətcə davam edəcəyi və hava hücumlarından kənara çıxa biləcəyi bildirilib.
Orxan