“Atəşkəs münaqişənin həllinə yönəlməlidir”

Bahar Muradova

ATƏTA PA-nın Tbilisidə keçiriləcək  illik yay sessiyasınada Ermənistan-Azərbaycan münaqişəsi ən aparıcı mövzulardan biri olacaq. Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O qeyd edib ki, ATƏT PA-nın bu məsələdəki rolunu artıraraq əldə olunmuş atəşkəsin problemin həlli istiqamətindəki ciddi mexanizmləri  barədə fikirlərə  öz mövqelərini bildirəcək: “Hal-hazırda əldə edilmiş atəşkəs rejimi Qarabağda status-kvonun qorunub saxlanmasına, Ermənistanın təhlükəsizliyinin təmin olunmasına, təcavüzün uzanmasına deyil, məhz  münaqişənin  həllinə yönəlməlidir”, – deyə vitse-spiker vurğulayıb.

Muradova əlavə edib ki, ona görə də ATƏT PA  digər beynəlxalq institutlarla birlikdə bu imkanı dəyərləndirib, münaqişənin həllinə öz töhfəsini verməlidir.

 

Mürtəza

COMMENTS