Atəşkəs onlara şamil edilmir - Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının ABŞ Prezidenti Donald Trampın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra yaydığı bəyanatda deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.

Vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.

İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.

Gununsesi.info