ATƏT-dən Azərbaycana təbrik

  • By admin
  • 01 Fevral 2022 12:55

ATƏT-in Baş katibi Helqa Şmid Azərbaycanı təşkilata üzvlüyünün 30 illiyi münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Helqa Şmid bu barədə “Tviter” hesabında paylaşım edib.

Baş katib daha 13 ölkəni də təbrik edib və ATƏT-in bu ölkələrin tarixinin bir hissəsi olmasından fəxr etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan 1992-ci il yanvarın 30-da ATƏM-ə üzv qəbul olunub. 1995-ci il yanvarın 1-dən təşkilatın adı ATƏT adlandırılıb.

Gununsesi.info