ATƏT-in İnsan Hüquqları sammiti bu ölkələrin tənqidi ilə yadda qalıb- PƏRVİZ HƏŞİMLİ VARŞAVADAN XƏBƏR VERİR

  • By admin
  • 10 Oktyabr 2023 12:35

Xəbər verdiyimiz kimi, Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik insan hüquqları sammiti işinə başlayıb.

Sammitə qatılan Gununsesi.info xəbər portalının rəhbəri, insan haqları fəalı Pərviz Həşimlinin məlumatına görə, sammitdə ATƏT məkanında insan hüquqları sahəsində vəziyyət müzakirə olunur.

Açıklama yok.

“Hər il təşkil olunan bu sammit imkan verir ki, ATƏT ölkələri insan hüquqları və demokratiya sahəsində durumu dəyərləndirsinlər”, – deyə o bildirib.

Pərviz Həşimlinin sözlərinə görə, təşkil olunan dinləmələrdə insan hüquqlarının durumuna görə ən çox tənqid olunan ölkə Rusiya olub:

“Rusiyanın Ukraynada həyata keçirdiyi müharibə milyonlarla insanları hüquqlarına qəsd hesab olunub. Rusiya ilə yanaşı, Türkiyə, Belarus və Azərbaycan da insan haqlarının durumuna görə tənqid edilən ölkələrdən oldu”.

Pərviz Həşimli bildirir ki, adıçəkilən ölkələrdə siyasi məhbusların sayı və məhkəmə-hüquq sistemindəki durum xüsusi qabardılıb.

Şəbnəm
Gununsesi.info