ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

  • By admin
  • 27 Mart 2017 16:30

1d04be70-4131-4915-b6f3-c979ea1f9037_292 (1)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri – Riçard Xoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişiklə görüşüb. 

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarci İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, həmsədrlər Azərbaycanda keçirdikləri görüşdən danışıblar. Tərəflər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi istiqamətində əldə edilən razılaşmaların reallaşmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Azrbaycanda səfərdə olublar.

Gununsesi.info