“Azərbaycanın və Ermənistanın dünən verdiyi birgə bəyanat dayanıqlı sülhə gedən yolda ehtiyac duyulan müsbət addımdır”.
Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani “X” hesabında bildirib.
O qeyd edib ki, ATƏT “davamlı dialoq üçün platforma kimi və sazişlərin icrası üzrə tərəfdaş kimi kömək etməyə hazırdır”.
Gununsesi.info