ATƏT Minsk Qrupu həmsədrləri səfərlərini təxirə saldılar. ATƏT MQ həmsədrləri Ankaraya səfər etməli olsalar da, Türkiyədə baş verən son olaylardan sonra səfərlərini təxirə salıblar. Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT MQ-nin amerikalı həmsədri Ceyms Uorlik deyib. C.Uorlik deyib ki, həmsədrlərin Ankarada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə müzakirləri nəzərdə tutulurdu. “Hazırda Ankaraya səfərin reallaşdırılması və vaxtla bağlı müzakirələr gedir”-deyə, diplomat vurğulayıb. Qeyd edək ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda ATƏT MQ həmsədrlərinin iyulun 18-də Ankaraya səfər edəcəklərini bəyan etmişdi.
Gununsesi.info