ATƏT MQ Qarabağ münaqişəsinin tam həllində maraqlı deyil -Daniel Frid

  • By admin
  • 26 Avqust 2016 12:56

maxresdefault

 

Qarabağ münaqişəsinin həllinə cəlb olunan ölkələrin hakimiyyətləri, münaqişənin tam həllində yetərincə maraqlı deyil.

Gununsesi.info xəbər verir ki, bu fikri  ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə  koordinatoru Daniel Frid “Amerikanın səsi”-nə açıqlamasında deyib.

Onun fikrincə, əsas məsələ ondan ibarətdir ki, problemin tənzimlənməsinə cəlb edilən hökumətlər özlərini çox komfort hiss edir və onlar  münaqişənin həllinin uzunmüddətli həllində deyil, qısamüddətli həllində maraqlıdırlar.

 

Bununla belə D. Frid əlavə edib ki, Vaşinqton  Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstək verməyə hazırdır: “Qarabağ probleminin həllində ilk addımı münaqişə tərəfləri atmalıdır. Münaqişə tərəfləri nə istədiklərini həll etməlidir. Əgər sülh istəyirlərsə, ABŞ yardım etməyə hazırdır”.

D.Frid deyib ki, münaqişə tərəfləri sülhə hazır olduğu təqdirdə, ABŞ Fransa və Rusiya ilə birlikdə münaqişənin uzunmüddətli həllinə yardım etməyə hazırdır.

Mürtəza

 

Gununsesi.info