
Bu dəqiqələrdə açıqlanan nəticələrə görə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev 119 səslə Parlament Assembleyasının vitse-prezidenti seçilib. Bu çox mühüm nailliyyətdir! Bununla ölkəmiz beynəlxlaq platformada böyük uğurlarından birini qazanmış oldu.
Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır. Gürcüstan paytaxtında keçirilən son plenar iclasında qurumun prezidenti və vitse-prezident vəzifələrinə seçki olub.
Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib. Gununsesi.info-nun məlumatına görə, səsvermə zamanı onun namizədliyini 119 deputat dəstəkləyib. Bununla ölkəmiz beynəlxlaq platformada böyük uğurlarından birini qazanmış oldu.
Qeyd edək ki, Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır. Gürcüstan paytaxtında keçirilən son plenar iclasında qurumun prezidenti və vitse-prezident vəzifələrinə də seçki olub.
Xatırladaq ki, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen (Christine Muttonen) 86 səslə ATƏT PA-nın prezidenti seçilib. Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb. Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.
Gülnaz Qənbərli