ATƏT PA-nın sədri Ermənistan və Azərbaycana çağırış etdi

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycanı danışıqları davam etdirməyə və sülh sazişinin əldə edilməsi üçün yeni imkanlar axtarmağa çağırır.

Gununsesi.info xəbər verir ki, bunu noyabrın 18-də İrəvanda ATƏT PA-nın sədri Pia Kauma deyib.

O, jurnalistlərin ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı sualını da cavablandırıb.

Kauma xatırladıb ki, Ermənistana gəlməzdən əvvəl iki gün Azərbaycanda olub və onda rəsmi Bakının sülh danışıqlarına hazır olduğu təəssüratı yaranıb.

“Onların ötürmək istədikləri mesaj budur. Məndə belə təəssürat var ki, Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır”.

 

 

Gununsesi.info