ATƏT PA “Şərqi Avropada vəziyyətə dair” qətnaməni qəbul etmədi, BAHAR MURADOVA İSƏ BUNUNLA BAĞLI XALQIMIZI TƏBRİK ETDİ

  • By admin
  • 09 İyul 2017 19:05

bahar-atet-2

“ATƏA PA nın 26 cı illik sessiyasının son iclasında yekun bəyannamə səsə qoyuldu. İsvec nümayəndəsi Kristian Xolmsun hazırladığı və İnsan hüquqları komitəsində müzakirə zamanı ziddiyyətli şəkildə qəbul olunmuş “Sərqi Avropada vəziyyətə dair” qətnamə layihəsi səsvermə nəticəsində rədd edildi”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova öz “Facebook” statusunda yazıb.

O, yazıb ki,  Azərbaycan nümayəndə heyətinin digər həmkarlarımızla birgə işi ös səmərəsini verdi. ATƏT PA-nın tarixində ilk dəfə baş verən bu hadisədə Azərbaycan nümayəndə heyətinin apardlğı iş cox böyük əhəmiyyət kəsb edir:
“Bu işdə əməyi olanlara dərin təşəkkürümü bildirirəm. Xalqımızı isə ürəkdən təbrik edirəm”.

B. Muradova sonra statusuna yazılan şərhlərə, təbriklərə cavab olaraq bunları qeyd edib:

“Əlbəttə ki, təbriklərə görə, təşəkkürümüzü bildiririk. Amma istəyirəm hər kəs bilsin ki, biz, digər nümayəndə heyətlərinin üzvləri- ədalətsizlik və qərəzli münasibəti siyasi və parlament fəaliyyəti ilə bir araya sığışdırmayan, obyektiv yanaşma tərzinə üstünlük verən həmkarlarımızla birgə belə bir qərarın qəbul olunmasına nail olduq”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info