ATƏT prezidentlərin yeni görüşü barədəAÇIQLAMA

ATƏT prezidentlərin yeni görüşü barədə

Biz ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu apa-ya açıqlamasında İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.

O bildirib ki, Ermənistanda bu yaxınlarda yeni dövlət başçısı seçilib:

“Azərbaycanda isə bir neçə gündən sonra seçkilər keçiriləcək. Ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə baş tutacaq. Biz qəbul edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüşlərdə irəliyə doğru addımlar atılıb.

Bu görüşlər zamanı kompromis üçün daha uyğun mühit yaratmağa gətirib çıxaran daha dərin qarşılıqlı etimadın toxumları əkilib”.

Mətbuat katibi ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və araşdırma mexanizmlərinin işə salınması ilə bağlı iki dövlət başçısı arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı isə qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir:

“Danışıqlarda müsbət irəliləyiş ATƏT qərarlarından deyil, daha çox iki tərəfin iradəsindən asılıdır. Ermənistan və Azərbaycan sülh prosesinin sürətləndirilməsi barədə razılığa gəldikdə, Krakovda əldə edilmiş razılaşma davamlı həllini tapacaq”.

Gununsesi.info

COMMENTS