ATƏT Quantanamo həbsxanasını “mümkün qədər tez” bağlamağa çağırdı

  • By admin
  • 11 Yanvar 2022 19:18

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  bir daha ABŞ hakimiyyətini Quantanamoda yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanasını tez bir zamanda bağlamağa çağırıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, büro Birləşmiş Ştatlar administrasiyasının 2021-ci ildə Quantanamodan bir məhbusun təhvil verilməsi və daha iki məhbusun azadlığa buraxılması ilə nümayiş etdirilən yenilənmiş öhdəliyini alqışlayıb.

HTML tutorial

“Lakin biz hələ də lazım olan yerdə deyilik. Həbsxananı birdəfəlik bağlamaq üçün hələ çox iş görülməlidir”, – büronun rəhbəri Matteo Mekaççi bildirib.

Hazırda Quantanamo həbsxanasında 39 məhbus qalır, onlardan 27-si rəsmi ittiham irəli sürülmədən 15-20 ildir orada saxlanılır.

Bundan əvvəl bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ATƏT və BMT ekspertləri ABŞ-ın yeni administrasiyasını Quantanamo həbsxanasında çoxlu məhbusun məhkəməsiz və istintaqsız saxlanması və işgəncələrə məruz qalması səbəbindən dərhal bağlamağa çağırıb.

 

Gununsesi.info