ATƏT rusiyalı səfirin qətlini pisləyən bəyannamə qəbul etdi

  • By admin
  • 20 Dekabr 2016 23:23

atetttt

ATƏT-ə üzv olan ölkələr bu gün Rusiyanın təşəbbüsü ilə keçirilən xüsusi sessiyada səfir Andrey Karlovun qətlini pisləyən bəyannamə qəbul ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib.

Bəyannamədə Ankarada törədilmiş bu terror aktı qətiyyətlə pislənilir, qətlə yetirilmiş səfirin doğmalarına və yaxınlarına başsağlığı verilir, Rusiya xalqı və hökuməti ilə həmrəylik ifadə edilir.

Gununsesi.info