ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.
Gununsesi.info